28 sentyabr 2024 17:53
97

Tərəflər COP29-a hazırlıq üzrə yol xəritəsini nəzərdən keçirib

Bu ilin noyabr ayında Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti Muxtar Babayev ABŞ-ın Nyu-York şəhərində iqlimlə bağlı maliyyələşmə məsələlərini müzakirə edib.

“İki sahil” xəbər verir ki, bu barədə COP29-un “X” sosial şəbəkəsindəki hesabında bildirilir. Məlumata görə, müzakirələr İqlim Həftəsi çərçivəsində, COP28-in prezidenti və Birləşmiş Ərəb Əmirliklərinin İqlim üzrə Nümayəndəsi Sultan Əhməd Əl Caberin iştirakı ilə baş tutub. Tərəflər COP29-a hazırlıq üzrə yol xəritəsini nəzərdən keçirib.

Görüşdə COP28-in nəticələrinə əsaslanaraq, prioritetlərin uyğunlaşdırılması, iqlim maliyyəsi, dayanıqlıq və davamlılıq məqsədləri üzrə qlobal səviyyədə iddialı iqlim tədbirləri və əhəmiyyətli irəliləyişlərə nail olunması da müzakirə olunub.