30 sentyabr 2024 13:53
82

Seçki Məcəlləsinə deputatlığa namizədin seçki günü məntəqələrə daxil olmasını qadağan edən dəyişiklik təklif edilib

Seçki Məcəlləsinə deputatlığa namizədlərin seçki günü məntəqələrə daxil olmasını qadağan edən dəyişikliyin olunması təklif edilib.

“İki sahil” xəbər verir ki, bu təkliflə deputat Aydın Mirzəzadə VII çağırış parlamentin payız sessiyası üzrə sentyabrın 30-da keçirilən ilk plenar iclasında çıxış edib.

O, bu təklifini namizədlərin səsvermə zamanı bir çox qayda pozuntusuna yol verməkləri ilə əlaqələndirib.

“Seçki günü müşahidə etdik ki, bəzi namizədlər seçki məntəqələrində əvvəlcədən oturacaqlarını belə qoyub. Eyni zamanda, xuliqanlıq edən, rəqib namizədə qarşı zorakılıq edən, hətta məntəqə komissiyasının üzvlərini təhqir edənlər olub. Bu kimi hallar qəti yolverilməzdir”, - A.Mirzəzadə əlavə edib.