30 sentyabr 2024 14:21
80

Sahibə Qafarova: Azərbaycanda ictimaiyyətin dövlətə inamını, sabitliyi sarsıtmağa çalışan qüvvələr var

Bu gün Azərbaycan dövləti mürəkkəb təhdidlərlə üzləşir və bu cür hərəkətlər ictimaiyyətin dövlətə inamını, sabitliyi sarsıtmağa yönəlib.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova VII çağırış parlamentin payız sessiyası üzrə sentyabrın 30-da keçirilən ilk plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, cəmiyyət və dövlətlə manipulyasiya etmək cəhdləri çoxdur.

Spiker qeyd edib ki, parlamentdə yeni yaradılacaq Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyanın fəaliyyəti preventiv xarakter daşıyacaq.