30 sentyabr 2024 14:25
77

Azərbaycan və Səudiyyə Ərəbistanı Baş prokurorluqları arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycanın Baş prokuroru Kamran Əliyevin Səudiyyə Ərəbistanının Baş prokuroru Şeyx Səud bin Abdullah Əl-Mucib ilə görüşündə iki ölkə arasında hüquqi əməkdaşlığın möhkəmləndirilməsi, mövcud əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi məqsədilə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Anlaşma Memorandumu imzalanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, K.Əliyev Səudiyyə Ərəbistanının Baş prokurorunu noyabrın 15-də Baş Prokurorluq və BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi tərəfindən Bakıda təşkil olunacaq “İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər edilməsi” mövzusundakı yüksək səviyyəli plenar sessiyaya dəvət edib.