30 sentyabr 2024 15:52
79

Sosial Xidmətlər Agentliyi: Bu il 123 uşaq övladlığa verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən bu ilin ötən dövründə 123 uşaq övladlığa verilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "İki sahil"ə verilən məlumata görə, onlardan 59-u oğlan, 64-ü qızdır.

Uşaqların övladlığa verildiyi ailələrdə vəziyyətlərinin öyrənilməsi üçün onlar 18 yaşına çatanadək övladlığagötürmənin birinci ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə olmaqla, Agentlik tərəfindən monitorinqlərə cəlb edilir. Bu il 604 belə monitorinq həyata keçirilib.

Agentlik tərəfindən reinteqrasiya tədbirləri də davam edir. Həmin tədbirlər nəticəsində bu il 136 uşağın müəssisəyə düşməsinin qarşısı alınıb, dövlət uşaq müəssisələrindən 78-i qız, 98-i oğlan olmaqla, 176 uşaq öz ailələrinə qaytarılıb.