30 sentyabr 2024 10:18
546

“SOCAR Türkiyə”nin İdarə Heyətinin iclası keçirilib, şirkətin strateji inkişafı müzakirə edilib

SOCAR-ın prezidenti və “SOCAR Türkiyə”nin İdarə Heyətinin sədri Rövşən Nəcəf, İdarə Heyəti üzvləri və SOCAR Türkiyə İcraiyyə Şurası üzvlərinin iştirakı ilə tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə “SOCAR Türkiyə” rəsmi "X" səhifəsində paylaşım edib.

Tədbirdə “SOCAR Türkiyə”də həyata keçirilən layihələr və artım hədəfləri hərtərəfli dəyərləndirilib. “SOCAR Türkiyə”nin və onun qrup şirkətlərinin fəaliyyətinin müzakirə edildiyi toplantıda strateji inkişaflar, perspektiv problemlər və şirkətin gələcək hədəfləri gündəmə gətirilib.