30 sentyabr 2024 16:29
86

Laçın və İrpen qardaşlaşmış şəhərlər olub

Laçın və İrpen qardaşlaşmış şəhərlər olub.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Bu gün İrpen şəhərinin meri Oleksandr Markuşinin Laçına səfər edib. Səfər zamanı Laçın və İrpen şəhərləri arasında qardaşlaşma əlaqələrinin yaradılmasına dair Memorandum imzalanıb. Bu da regionlararası əməkdaşlıqda yeni mühüm səhifə açır. Laçın dostluq münasibətlərini möhkəmləndirir. Hər iki şəhərə uğurlar!”, - paylaşımda bildirilib.