30 sentyabr 2024 17:59
98

"Qarabağ"ın rəqibinin futbolçusu zədə səbəbindən mövsümü başa vurub

"Qarabağ"ın UEFA Avropa Liqasının Liqa mərhələsindəki rəqibi "Malmö"nün (İsveç) futbolçusu Sead Hakşabanoviç zədə səbəbindən mövsümü başa vurub.

“İki sahil” klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, 25 yaşlı hücumçu qasıq nahiyəsində yaranan zədəyə görə gələn həftə əməliyyat olunacaq.

Bununla da o, cari mövsümün sonuna qədər heç bir oyunda meydana çıxa bilməyəcək.

Qeyd edək ki, "Qarabağ" "Malmö" ilə UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda, oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşacaq.