30 sentyabr 2024 23:38
87

İsrailin Livandakı quru əməliyyatı yaxın saatlarda başlaya bilər

İsrailin Livandakı quru əməliyyatı bu gündən başlaya bilər və çox güman ki, bir neçə gün davam edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə mənbələrə istinadən NBC telekanalı məlumat yayıb.

Onun sözlərinə görə, İsrail hakimiyyəti artıq ABŞ-ı xəbərdar edib ki, "Hizbullah"ın birləşmələrini İsrail ilə sərhəddən geri çəkmək əməliyyatı bazar ertəsi axşam başlaya bilər.

“Döyüşlər bir neçə gün davam edəcək və əhatə dairəsi məhdud olacaq. Bundan əlavə, İsrail ordusu “Hizbullah”ın infrastrukturunu, o cümlədən silah anbarlarını məhv etməyi hədəfləyir.”, - deyə telekanalın məlumatında deyilir.