İsrailin Hərbi Hava Qüvvələrinin sentyabrın 29-da Livanın cənubundakı Əyn Əl Delb kəndinə endirdiyi hava zərbəsi nəticəsində ölənlərin sayı 71-ə çatıb.
“İki sahil” xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.
Məlumata görə, xilasedicilər dağıntıların təmizlənməsini başa çatdırıblar.
Xatırladaq ki, daha əvvəl Livanın Səhiyyə Nazirliyi 45 nəfərin öldüyü, 70-nin yaralandığı barədə məlumat vermişdi.