16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Türkiyənin Ərzurum şəhərində təşkil olunan “U-16 Türkdilli Ölkələr Turniri”ndə bu gün ikinci oyununu keçirəcək.
“İki sahil” xəbər verir ki, U-16 Ərzurum Yüksək İrtifa Təlim-Məşq Mərkəzində Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Qeyd edək ki, yığma turnirdə keçirdiyi ilk oyunda Türkmənistanın U-17 kollektivinə 0:3 hesabı ilə məğlub olub.
"Neftçi" ilə oyunda "Zirə"nin qaydalar çərçivəsində qol vurmadığı təsdiqlənib VİDEO
"Neftçi" bəyanat yayıb: "Bir çox hakimlər komandamıza qarşı qərəzli mövqe sərgiləyib"
Ülvi Məmmədov karate üzrə keçiriləcək dünya çempionatında ölkəmizi təmsil edəcək