Türkiyənin ədliyyə naziri Yılmaz Tunç Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.
“İki sahil” xəbər verir ki, türkiyəli nazir daha sonra Şəhidlər xiyabanını və Türk şəhidliyini ziyarət edib. Ziyarətdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, səfirliyin əməkdaşları, həmçinin burada fəaliyyət göstərən azərbaycanlı ictimai xadimlər iştirak ediblər.
Qeyd edək ki, Türkiyənin ədliyyə naziri Yılmaz Tunç və onu müşayiət edən nümayəndə heyəti Bakıda səfərdədir. Səfər çərçivəsində iki ölkə arasında ədliyyə sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunacaq.
105 il əvvəl nəşr olunmuş qəzetin günümüzə çatan yeganə nömrəsi TAPILDI - Bir neçə kəlmə "Əxbari"barədə
7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində turizmə həsr olunan panel sessiya keçirilib
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib