05 oktyabr 2024 08:42
102

Zərdabda narkokuryer saxlanılıb

Zərdabda narkokuryerlikdə şübhəli bilinən şəxs saxlanılıb.

“İki sahil” xəbər verir ki, rayonun Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində əvvəllər məhkum olunmuş Ensar Cəfərov saxlanılıb. Onun üzərindən 4 kiloqrama yaxın marixuana aşkarlanıb. Araşdırmalar zamanı E.Cəfərovun sosial şəbəkə vasitəsilə tanış olduğu İran vətəndaşı tərəfindən kuryerliyə cəlb olunduğu və narkotik vasitəni qabaqcadan təyin olunan yerə çatdırmalı olduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.