05 oktyabr 2024 09:57
83

DİN: Ötən gün 32 cinayətin üstü açılıb

Oktyabrın 4-də ölkə ərazisində qeydə alınan 21, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

“İki sahil” Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, axtarışda olduğuna görə ümumilikdə 59, o cümlədən borclu şəxs qismində axtarışda olan 52 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.