05 oktyabr 2024 11:20
87

Numan Kurtulmuş: İndi regionda terror dövləti yaratmaq istəyənlərin əsas məqsədi Türkiyədəki sabitliyə mane olmaqdır

Beynəlxalq sistem işləmir.

“İki sahil” xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş “CNN Türk”ün efirində çıxışı zamanı deyib. O bildirib ki, bu gün dünyanın fərqli regionlarında baş verən hadisələr də bunu göstərir. N.Kurtulmuş söyləyib ki, bu gün bəzi dövlətlərin riyakar addımlarının əsas səbəblərindən biri də məhz beynəlxalq sistemin fəaliyyətsizliyidir. TBMM sədrinin sözlərinə görə, hazırda bir çox terror təşkilatları, o cümlədən PKK vasitəsilə Türkiyəyə təzyiq edilir: "İndi regionda terror dövləti yaratmaq istəyənlərin əsas məqsədi Türkiyədəki sabitliyə mane olmaqdır. Biz gözüaçıq olmalıyıq".

N.Kurtulmuş Yaxın Şərqdəki müharibənin genişlənə biləcəyi barədə xəbərdarlıq edib: “Bunun qarşısını almaq lazımdır. Həmrəylik nəticəsində müharibənin genişlənməsinə mane ola bilərik”.