05 oktyabr 2024 11:31
103

Milli Məclisin deputatı ATƏT-in İnsan ölçüsü üzrə Varşava Konfransında iştirak edəcək

Milli Məclisin deputatı Ramil Həsən ATƏT-in İnsan ölçüsü üzrə Varşava Konfransında iştirak edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, deputat konfransa qatılmaq üçün oktyabrın 6-da Polşaya səfər edəcək. Tədbirdə ATƏT regionunda insan hüquqları və fundamental azadlıqlar üzrə aktual məsələlər müzakirə ediləcək.

Səfər oktyabrın 9-da başa çatacaq.