X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində yazıçı-publisist Nüşabə Məmmədlinin “Zəfər zənguləsi” 60 çiçək + bir çələng” və “Heydər Əliyev. Azərbaycanın zəngin mədəniyyəti var” kitablarının təqdimatı keçirilib.
“İki sahil” xəbər verir ki, tədbir əvvəlcə videoçarxın nümayişi ilə başlayıb. Videoçarxda müəllifin kitabları və onların ərsəyə gəlmə prosesi, eləcə də Azərbaycan mədəniyyətinin zənginliyi haqqında görüntülər əks olunub. Həmçinin Ulu Öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinə diqqət və qayğısını, bu mövzunun aktuallığını əks etdirən kadrlar yer alıb. Çıxışlarda Nüşabə Məmmədlinin əsərlərinin Azərbaycan mədəniyyətinin zənginliyini və tarixi inkişafını dərinliklə əks etdirdiyi qeyd olunub. Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının mədəniyyətinə olan sonsuz sevgisi və dəstəyi xüsusi vurğulanıb.
Tədbir iştirakçıları təqdimatı keçirilən kitabların məzmunundan və müəllifin ədəbi fəaliyyətindən danışıblar. Sonda kitabların imzalanma mərasimi olub.
105 il əvvəl nəşr olunmuş qəzetin günümüzə çatan yeganə nömrəsi TAPILDI - Bir neçə kəlmə "Əxbari"barədə
7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində turizmə həsr olunan panel sessiya keçirilib
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib