Türk Dövlətləri Təşkilatı (TDT) daha da güclü olacaq. “İki sahil” xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Türkiyə KİV-inə müsahibəsində deyib. O, TDT-nin və türk dövlətlərinin daha da güclü olacağına inamını ifadə edib. Nazir müavininin sözlərinə görə, 15 il əvvəl imzalanan Naxçıvan sazişi tarixi və mühüm hadisədir: “Bu, türk dövlətləri üçün bir dönüş nöqtəsidir”.
E.Məmmədov TDT-yə üzv ölkələr arasında siyasi, iqtisadi və ticarət sahəsində faydalı əməkdaşlığa diqqət çəkib.
Milli Məclisin nümayəndə heyəti Efiopiyada bir sıra dövlət və tarixi məkanlarla tanış olub
Azərbaycan və Pakistan arasında əməkdaşlıq çərçivəsində Bakıda beynəlxalq təlim keçirilib