X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Qazaxıstanın tanınmış şairi, filoloq-alim, pedaqoq, Əməkdar mədəniyyət xadimi Dəuletkerey Kəpoğlunun “Üşüyən küçələr” kitabının təqdimatı keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə kitabın layihə rəhbəri, şair-publisist, “Alaş” beynəlxalq ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı nəşrin ərsəyə gəlməsindən söhbət açıb. Qazax şairinin şeirlərini dilimizə tərcümə edən Dünya Gənc Türk Yazarlar Birliyin Məsləhət Şurasının üzvləri - şairlər İbrahim İlyaslı və Rəsmiyyə Sabir bildiriblər ki, kitabda Azərbaycan və qazax türkcəsindən əsərlər yer alıb. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova kitab haqqında fikirlərini bölüşərək, belə təqdimatların sayının çox olmasını arzulayıb.
Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar kitabın müəllifinə Birliyin 25 illik yubiley mükafatını təqdim edib.
Daha sonra müəllifin imza sessiyası keçirilib.
105 il əvvəl nəşr olunmuş qəzetin günümüzə çatan yeganə nömrəsi TAPILDI - Bir neçə kəlmə "Əxbari"barədə
7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində turizmə həsr olunan panel sessiya keçirilib
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib