06 oktyabr 2024 14:44
105

Böyük Britaniyanın İranda yeni səfiri təyin edilib

Xyuqo Şorter Böyük Britaniyanın İranda yeni səfiri təyin edilib.

“İki sahil” xəbər verir ki,  bu barədə Böyük Britaniya hökumətinin saytında məlumat yerləşdirilib. Şorter bu postda Saymon Şerkliffi əvəzləyib. Şorter Britaniyanın Livanda səfiri, Əfqanıstanda müvəqqəti işlər vəkili olub.