06 oktyabr 2024 17:34
93

Ermənistanda hərbçi güllələnib

Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusunun meyiti aşkarlanıb.

“İki sahil” xəbər verir ki,  bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib. “Oktyabrın 6-da, saat 10 radələrində hərbi hissələrdən birinin hərbi qulluqçusu Vaqe Baqrate Arutunyanın güllələnmiş yaralı meyiti aşkarlanıb”, – məlumatda qeyd olunub.

Faktla bağlı araşdırma aparılır.