06 oktyabr 2024 15:20
100

Romada Fələstinə dəstək məqsədilə keçirilən yürüş iğtişaşlarla nəticələnib

İtaliyanın paytaxtı Romada Yaxın Şərqdəki münaqişəyə etiraz və Fələstinə dəstək məqsədilə keçirilən yürüş iğtişaşlarla nəticələnib.

“İki sahil” xəbər verir ki, nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmada 34 polis əməkdaşı yaralanıb. Yürüşdə 200-dək insanın iştirak etdiyi, onlardan 4-nün həbs olunduğu bildirilib. İtaliyanın Baş naziri Ciorcia Meloni Fələstin tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında toqquşmanı pisləyib, hücuma məruz qalan polis əməkdaşları ilə həmrəyliyini bildirib. O, nümayiş zamanı onlarca polis əməkdaşının yaralanmasından təəssüfləndiyini qeyd edib.

Neapol, Turin, Florensiya, Milan və Bari kimi şəhərlərdə də irili-xırdalı nümayişlər olub.