07 oktyabr 2024 14:46
83

Toral Bayramov üçün əlamətdar oyun

Misli Premyer Liqasının 9-cu turu “Qarabağ”ın futbolçusu Toral Bayramov üçün əlamətdar olub.

"İki sahil" PFL-in saytına istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçi Premyer Liqada 100-cü oyununu keçirib.

Onun yubileyi “Sumqayıt”la səfər matçına təsadüf edib. 100 görüşdə 15 qol vuran futbolçu yalnız bir komandada forma geyinib.

Bütün oyunlarını “Qarabağ”da keçirən Toralın debütü 2019/20 mövsümündə gerçəkləşib. O, 2019-cu il sentyabrın 23-də “Zirə” ilə səfər qarşılaşmasında (3:1) meydana çıxıb.