07 oktyabr 2024 15:54
91

"Qalatasaray" itki ilə üzləşdi

Türkiyənin "Qalatasaray" klubu itki ilə üzləşib.

“İki sahil” xəbər verir ki, komandanın yeni transferlərindən olan İsmail Yakobs zədələnib.

O, ötən gün "Alanyaspor"la görüşdə dizindən xəsarət alıb. Seneqallı müdafiəçi bu həftə əməliyyat olunacaq. Bu haqda Seneqal Futbol Federasiyası məlumat yayıb.

Qeyd edək ki, Yakobs "Qalatasaray"da ümumilikdə 6 oyuna çıxıb və 1 qol ötürməsi edib.