07 oktyabr 2024 16:13
109

Müşfiq Məmmədli: Qazaxıstanda referendum xalqın iradəsini əks etdirdi

Qazaxıstanda ölkə prezidentinin sərəncamı ilə atom elektrik stansiyasının tikintisi məsələsi üzrə ümumxalq səsverməsi – referendum keçirilib.

“İki sahil” xəbər verir ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində beynəlxalq missiyanın tərkibində Milli Məclisin deputatları Müşfiq Məmmədli, Elman Nəsirov və Azər Badamlı müşahidəçi qismində prosesin izlənilməsində iştirak ediblər. Proses barədə Milli Məclisin deputatı Müşfiq Məmmədli TRT televiziyasına açıqlama verib.

Müşfiq Məmmədli müsahibəsində qeyd edib ki, referendum kifayət qədər şəffaf şəkildə keçirilmiş və xalqın iradəsini əks etdirib. Bu, Qazaxıstanda demokratik ənənələrin davam etdiyinin və hakimiyyətin mənbəyinin xalq olduğunun bir göstəricisidir. O, həmçinin vurğulayıb ki, referendumda yüksək aktivlik müşahidə olunub və nəticələr xalqın iradəsini dolğun şəkildə ifadə edib.