07 oktyabr 2024 16:40
85

NATO-nun Litvada olması Rusiya üçün siqnaldır

NATO-nun Hollandiya və Almaniyadan olan qoşunları “Litva əhalisini və Litva torpağının hər qarışını qorumaq üçün” bu ölkəyə gəliblər.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bunu Baltik respublikasındakı Alman-Hollandiya batalyonunun holland komandiri, polkovnik-leytenant Bas Şillemans bildirib.

“Biz düşmənin qarşısını almaq, çəkindirmək üçün buradayıq... Biz burada həm litvalılara, həm də Rusiyara imkanlarımızı nümayiş etdiririk”, – deyə, hərbçi “Delfi”yə müsahibəsində bildirib.

O, bildirib ki, NATO-nun Litvada olması yalnız litvalılar üçün deyil, həm də düşmənlər üçün bir siqnaldır.