07 oktyabr 2024 19:10
100

Putin oktyabrın 11-də bu ölkəyə səfər edəcək

Rusiya Prezidenti Vladimir Putin oktyabrın 11-də Türkmənistana işgüzar səfər edəcək.

“İki sahil” Rusiya KİV-ə istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Putin Aşqabadda böyük türkmən şairi və mütəfəkkiri Məqtimqulu Fəraqinin anadan olmasının 300-cü ildönümünə həsr olunmuş “Dövrlərin və sivilizasiyaların qarşılıqlı əlaqəsi” adlı beynəlxalq forumda iştirak edəcək.

Dəvət olunan ölkələrin liderləri arasında Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan və Özbəkistan prezidentləri, bir sıra digər dövlətlərin nümayəndələri də var.

Qeyd olunur ki, Vladimir Putin Aşqabadda İran prezidenti Məsud Pezeşkianla da görüş keçirməyi planlaşdırır.