07 oktyabr 2024 16:45
89

ABŞ Tanfdakı hərbi bazası terror mərkəzinə çevrilib - Narışkin

NATO ölkələrinin kəşfiyyat xidmətləri Yaxın Şərq ölkələrindən yaraqlıları Xüsusi Əməliyyat Zonasına (Ukrayna) köçürür ki, onlar Ukrayna ordusunda döyüşsünlər,

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin bildirib.

“Etibarlı məlumatlara görə, NATO ölkələrinin kəşfiyyat xidmətləri Kiyev rejiminin tərəfində döyüş əməliyyatlarında iştirak etmək üçün Yaxın Şərq ərazisindən xüsusi hərbi əməliyyat zonasına yaraqlıları köçürür”, – deyə, TASS onadan sitat gətirib.

Narışkinin sözlərinə görə, Tanfdakı Amerika hərbi bazası ABŞ- loyal münasibətdə olan 500-ə yaxın İŞİD yaraqlısının eyni vaxtda təlim keçdiyi terror mərkəzinə çevrilib.

Bundan əvvəl Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya qeyd edib ki, Ukraynada əcnəbi vətəndaşların ölüm hallarının sayının artması Qərbin Ukrayna münaqişəsində iştirakının təsdiqidir.