07 oktyabr 2024 17:55
99

Bombardirlə 2030-cu ilə qədər müqavilə

“Aston Villa” futbolçusu Con Duranın müqaviləsini uzadıb.

“İki sahil” xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 20 yaşlı kolumbiyalı yarımmüdafiəçinin yeni sözləşməsi 2030-cu ilin yayına qədərdir.

Qeyd edək ki, Duran hazırda komandanın bombardiridir. O, 10 oyunda 6 qol vurub.