07 oktyabr 2024 19:40
97

"Sumqayıt" - "Qarabağ" qarşılaşmasında mövsümün azarkeş rekordu qeydə alınıb

Azərbaycan Premyer Liqasının IX turunda keçirilən "Sumqayıt" - "Qarabağ" (0:1) qarşılaşmasında mövsümün azarkeş rekordu qeydə alınıb.

“İki sahil” xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan matçı 7000 tərəfdar izləyib.

Buna qədər cari mövsümün azarkeş rekordu Tovuz şəhər stadionunda qeydə alınmışdı. V turun "Turan Tovuz" - "Səbail" oyununu 5500 azarkeş tribunalardan canlı izləmişdi.