08 oktyabr 2024 17:45
116

Ali təhsil çox böyük dəyişiklik dövründədir - Fariz İsmayılzadə

Ali təhsil hazırda çox böyük dəyişiklik dövründədir.

“İki sahil” xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə Təhsilin İnkişafı Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, texnologiyaların, əmək bazarında tələblərin dəyişməsi, yeni formatda təhsil rəqabəti ali təhsildə dəyişikliyə təsir edən faktorlardır.

“Təəssüf ki, bizdə ali təhsilin formatı ənənəvi formada qalıb. Biz gələcəkdə bu dəyişiklikləri uğurla həyata keçirmək istəyiriksə, ali təhsilin formatı dəyişməlidir. Bu istiqamətdə sürətli addımlar atmaq lazımdır. Mərkəzləşmiş formada ali təhsili idarə etdikdə bunun da öz neqativ təzahürləri olur”, - deyə o bildirib.