08 oktyabr 2024 16:02
201

Rövşən Nəcəf "Təhsilin İnkişafı Forumu 2024" çərçivəsində “Biliyi dəyərə çevirən sinerji” panelində iştirak edib - FOTO

SOCAR-ın prezidenti Rövşən Nəcəf Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan “Tərəfdaşlıqdan tərəqqiyə” sloqanı ilə təşkil edilən "Təhsilin İnkişafı Forumu 2024" çərçivəsində “Biliyi dəyərə çevirən sinerji” panelində iştirak edib.

“İki sahil” xəbər verir ki, bununla bağlı SOCAR-ın prezidenti Rövşən Nəcəf paylaşım edib.

Paylaşımda həmçinin qeyd olunur:

"Panel müzakirələrində universitet-sənaye əməkdaşlığının dayanıqlı iqtisadiyyatda, o cümlədən innovativ və inqilabi texnologiyaların mənimsənilməsi və rəqabətli insan kapitalının formalaşdırılması istiqamətlərində rolundan bəhs etdik, elmi tədqiqatların inkişafı üçün zəruri ekosistemin yaradılmasının əhəmiyyətini vurğuladıq. Eyni zamanda, SOCAR tərəfindən həyata keçirilən təhsil proqramları, strateji layihələr və təşəbbüslər haqqında danışdıq, qarşılıqlı səmərəli fikir mübadiləsi apardıq."