08 oktyabr 2024 20:32
111

Aİ Gürcüstana maliyyə yardımı ayırmaqdan imtina edəcək

Gürcüstan hökuməti demokratik standartlardan uzaqlaşdığı üçün Avropa İttifaqının (Aİ) 121 milyon avro məbləğində maliyyə yardımındam məhrum olacaq.

“İki sahil” “İnterfaks”a istinadla xəbər verir ki, bu barədə Aİ-nin Gürcüstandakı nümayəndəliyi məlumat yayıb.

“2022, 2023 və 2024-cü illərdə ayrılan 121,3 milyon avro məbləğində illik vəsait birbaşa Gürcüstan hökuməti üçün nəzərdə tutulub və xüsusilə vətəndaş cəmiyyətinə qarşı yönəlmiş “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulundan sonra özünü büruzə verən demokratik standartlardan uzaqlaşmaya görə itiriləcək”, – məlumatda bildirilib.