Azərbaycan və Belarus respublikalarının Müdafiə nazirlikləri arasında imzalanan 2024-cü il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, Belarus Respublikasının Müdafiə Nazirliyinin nümayəndə heyəti ölkəmizə səfər edib.
“İki sahil” xəbər verir ki, səfər çərçivəsində qonaqlar Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində olublar.
Belarus nümayəndə heyətinə Mühəndis Qoşunlarının əsas fəaliyyət istiqamətlərinə dair brifinq təqdim olunub.
Mühəndis Qoşunları Baş İdarəsinin rəisi general-mayor Anar Kərimov qonaqlara Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbədən sonra azad edilmiş ərazilərdə minaların təmizlənməsi üzrə görülən işlər barədə məlumat verib.
Sonra qarşılıqlı mümkün əməkdaşlıq perspektivləri və bu sahədə əlaqələrin inkişaf etdirilməsi istiqamətində təkliflər müzakirə edilib.
Səfərin növbəti günündə qonaqlar Mühəndis Qoşunları Baş İdarəsinin tabeliyindəki “N” hərbi hissəsində olublar.
Nümayəndə heyəti mühəndis bölmələrinin silahlanmasında olan silah-sursat, təchizat və texnika nümunələri, hərbi hissənin ərazisindəki mühəndis şəhərciyi ilə tanış olub.
"Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı olub - VİDEO
Özbəkistan heyəti “Birliyin Gücü – 2026” təlimində iştirak etmək üçün ölkəmizə gəlib
Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü münasibətilə silsilə tədbirlər keçirilib