"Azərbaycan Respublikasının müdafiə naziri ilə İtaliya Respublikasının müdafiə naziri arasında Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətinin təlim və təhsili sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolu"na əsasən, 2023-2024-cü tədris ilində Heydər Əliyev adına Hərbi İnstitutu fərqlənmə ilə bitirmiş və hazırda Hərbi Dəniz Qüvvələrində xidmət edən leytenant Pərvin Əhmədova "Tələbələrin şərəf qılıncı" xatirə hədiyyəsi və sertifikat təqdim edilib.
“İki sahil” xəbər verir ki, Hərbi Dəniz Qüvvələrinin qərargahında keçirilən tədbirdə birinci dərəcəli kapitan Teymur Mürşüdov İtaliya Respublikasının Azərbaycan Respublikasındakı hərbi attaşesi birinci dərəcəli kapitan Cianfranko Vizzini ilə görüşüb.
Görüşdə hər iki ölkənin Hərbi Dəniz Qüvvələri arasında hərbi, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, maraq doğuran məsələlər müzakirə olunub.
Birinci dərəcəli kapitan C.Vizzini "Tələbələrin şərəf qılıncı" xatirə hədiyyəsini və sertifikatı leytenant P.Əhmədova təqdim edib.
"Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı olub - VİDEO
Özbəkistan heyəti “Birliyin Gücü – 2026” təlimində iştirak etmək üçün ölkəmizə gəlib
Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü münasibətilə silsilə tədbirlər keçirilib