10 oktyabr 2024 22:40
111

Naxçıvanda “Şəhidlər bağı” salınacaq

Naxçıvan şəhər İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Zəfər Günü ərəfəsində “Şəhidlər bağı”nın salınması nəzərdə tutulub.

“İki sahil” xəbər verir ki, bu barədə Naxçıvan şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova jurnalistlərə müsahibəsində bildirib.

Qeyd edilir ki, bağ şəhidlərin adını əbədiləşdirmək üçün salınacaq və hər birinin üzərində QR kodlar yerləşdiriləcək. Bu QR kodlar vasitəsilə də Naxçıvandan olan şəhidlər haqqında məlumat əldə etmək mümkün olacaq. "Şəhidlər bağı"nın salınması ilə bağlı şəhid ailələri ilə razılıq əldə edilib və hər rayon üzrə ağacların əkiləcəyi sahələr müəyyənləşdilib. (Report)