10 oktyabr 2024 23:39
381

Türkiyədə növbədənkənar prezident seçkiləri keçirilə bilər

2027-ci ilin ortasından sonra Türkiyə Böyük Millət Məclisində növbədənkənar prezident seçkilərinin keçirilməsi məsələsi müzakirə oluna bilər.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin baş müşaviri Mehmet Uçum “Haber Türk”ə müsahibəsində deyib.

Qeyd edək ki, Türkiyədə növbəti prezident seçkiləri 2028-ci ilin may ayında baş tutmalıdır.