12 oktyabr 2024 09:52
261

Çində yanacağın qiyməti yenidən bahalaşıb

Çində yanacağın topdan və pərakəndə satış qiymətləri yenidən bahalaşıb.

"İki sahil" Çin Milli İnkişaf və İslahat Komitəsinə istinadla xəbər verir ki, benzinin bir tonunun qiyməti 140 yuan (təxminən 20 ABŞ dolları), dizel yanacağının qiyməti isə 135 yuan (19 dollar) artırılıb. Ölkənin neft emalı və satışı şirkətlərinə yanacağın topdan və pərakəndə satış qiymətlərinin yeni qərara uyğunlaşdırılması tapşırılıb. Komitə yanacağın qiymət artımını dünya bazarında xam neftin qiymətinin dəyişməsi ilə əlaqələndirib.

Qeyd edək ki, Çində qüvvədə olan qiymət mexanizminə əsasən, dünya bazarında neftin qiyməti hər ton üçün 50 yuandan yuxarı həddə qalxarsa və bu qiymət 10 iş günü ərzində qüvvədə olarsa, Çin hökuməti neft məhsullarının satış qiymətini də müvafiq qaydada artırır.

Çin ABŞ-dan sonra dünyada ən böyük yanacaq istehlakçısıdır.