14 oktyabr 2024 00:15
102

37 yaşlı kişi bıçaqlanıb

Oktyabrın 13-də axşam saatlarında Yasamal rayonu ərazisində 1987-ci təvəllüdlü A.İbrahimovun bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

“İki sahil” xəbər verir ki,  bu barədə DİN-in mətbuat xidmətinin əməkdaşı, polis baş-leytenantı İbrahim Əmiraslanlı bildirib. Hadisə ilə bağlı təhqiqat araşdırmaları və əməliyyat tədbirləri davam etdirilir.