14 oktyabr 2024 12:23
73

Qazaxda 23 yaşlı oğlan minaya düşdü - ayağı amputasiya edilib

Qazaxda mülki şəxs minaya düşüb.

“İki sahil” xəbər verir ki, hadisə rayonun Quşçu Ayrım kəndində baş verib.

2001-ci il təvəllüdlü İlkin Sarıyev kənd ərazisində minaya düşərək xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Onun mal-qara otaran zaman minaya düşdüyü bildirilir. Cərrahiyyə əməliyyatı olunan zərər çəkmişin bir ayağı amputasiya olunub.