2020-ci ildən bəri Azərbaycanda 381 nəfər mina qurbanına çevrilib.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" hesabında məlumat yayıb.
"Ermənistanın davam edən mina terroru nəticəsində bu gün Qazaxda mina partlayışında yaralanan daha bir Azərbaycan vətəndaşı. Keçmiş münaqişənin bitməsinə, 2020-ci ildən bəri 381 nəfərin mina qurbanına çevrilməsinə baxmayaraq Ermənistan düzgün mina xəritələrini təqdim etməkdən imtina etməyə davam edir ki, bu da ölkənin sülh və normallaşma prosesində iddia edilən səmimi iştirakına ziddir. Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı mina terrorunu davam etdirməsinə göz yummamalıdır".
Prezident İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib
Vüqar Rəhimzadə: Azərbaycan qlobal əhəmiyyətə malik Orta Dəhlizin aparıcı dövlətidir