14 oktyabr 2024 15:16
350

Almaniya iqtisadiyyatı tənəzzülə doğru gedir - "Bloomberg"

“Bloomberg”in sorğusuna qatılan analitiklər Almaniya iqtisadiyyatının üçüncü rübdə 0,1% azaldığını düşünürlər. İkinci rübdə ölkənin ÜDM-i də 0,1% azalıb və bu, ekspertlərə ölkə iqtisadiyyatının tənəzzül mərhələsinə qədəm qoyduğunu deməyə əsas verir.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, Bloomberg-in sorğusuna qatılan analitiklər ilin sonunda Almaniya ÜDM-nin 2023-cü il səviyyəsində qalacağına əmindirlər. Bu proqnoz hökumətin ötən həftə açıqladığı rəqəmlərdən qat-qat optimistdir.

Hökumətin proqnozlarına görə, Almaniyanın ÜDM-i 2024-cü ildə 0,2% azalacaq. Bu, baş verərsə, Almaniya və ADR-in birləşməsindən sonra ikinci dəfədir ki, Almaniya iqtisadiyyatı iki il dalbadal “daralır”. Ötən il ÜDM 0,3% azalıb.