14 oktyabr 2024 18:08
105

Bakının dörd qəsəbəsində sabah qaz kəsiləcək

Bakının Sabunçu rayonu, Pirşağı qəsəbəsində, Səbail rayonu, Bayıl qəsəbəsində, Xəzər rayonu, Binə qəsəbəsində və Binəqədi rayonu, Biləcəri qəsəbəsində aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dən etibarən qaz təchizatı dayandırılacaq.

“İki sahil” xəbər verir ki,  bu barədə "Azəriqaz" İstehsalat Birliyindən (İB) bildirilib.

Qaz təchizatı dayandırılan müddətdə Pirşağı qəsəbəsinin, Bayıl qəsəbəsinin Z.Yusifzadə, S.Qədimova, A.Əliyev, Ə.Nəzmi, L.Babayev küçələrinin, Binə qəsəbəsinin Gürcüstanlılar məhəlləsinin, Biləcəri qəsəbəsinin Y.Hüseynov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.