Ukrayna Prezidenti Volodimir Zelenski oktyabrın 16-da Radada çıxışı zamanı qələbə planını ictimaiyyətə təqdim edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Aparat rəhbərinin müşaviri Sergey Leşenko teleqram kanalında bildirib.
“Aydındır ki, indi bu addımın yalnız bir səbəbi var - bu, qələbə planının ictimaiyyətə təqdimatıdır”, - o deyib.
“RBK-Ukrayna”nın Radadakı mənbəsi də təsdiqləyib ki, Prezident çərşənbə günü səhər iclasında Ukraynanın qələbə planını təqdim etməlidir.