16 oktyabr 2024 18:58
119

182 nömrəli məktəbə elektrik enerjisinin verilməsində yaranmış fasilə aradan qaldırılıb

182 nömrəli tam orta məktəbə elektrik enerjisinin verilməsində yaranmış fasilə aidiyyəti qurumlar tərəfindən aradan qaldırılıb.

“İki sahil” xəbər verir ki,  bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) məlumat yayıb.

Bildirilib ki, sabahdan etibarən məktəbdə tədris prosesi normal qaydada davam edəcək.