17 oktyabr 2024 23:28
94

Rusiya Ukraynanın itkilərini açıqladı - 967-ci gün

Rusiya müharibənin 967-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 646 təyyarəsi, 283 helikopteri, 33 747 PUA-sı, 582 zenit-raket kompleksi, 18 634 tank və digər zirehli texnikası, 1 472 reaktiv yaylım atəş sistemi, 16 304 artilleriya və minaatanı, 27 313 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.