17 oktyabr 2024 23:08
95

Britaniya, Kanada, Ukrayna və İsveç İrana qarşı iddia qaldırıb

Böyük Britaniya, Kanada, Ukrayna və İsveç 2020-ci ilin yanvarında Tehran səmasında “Ukrayna Beynəlxalq Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Haaqa Beynəlxalq Məhkəməsində İrana qarşı iddia qaldırıb.

“İki sahil”  TASS-a istinadla xəbər verir ki, bu barədə İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqaard parlamentdə sualları cavablandırarkən bildirib.

“Dünən İsveç, Ukrayna, Kanada və Böyük Britaniya İrana qarşı qaldırdığımız iş üzrə Haaqa Beynəlxalq Məhkəməsinə şikayət edib. Biz İranın təyyarənin vurulmasına görə beynəlxalq hüquq çərçivəsində məsuliyyətinin müəyyən edilməsini və hadisə qurbanlarının yaxınlarının təzminat almasını istəyirik”, - o deyib.