18 oktyabr 2024 10:14
77

Azərbaycan Basketbol Liqasında 2024/2025 mövsümünə start verilir

Azərbaycan Basketbol Liqasında 2024/2025 mövsümü bu gün bir oyunla start götürəcək.

“İki sahil” xəbər verir ki, A qrupunda yer alan "Neftçi" və "Naxçıvan" komandaları Bakı İdman Sarayında münasibətləri aydınlaşdıracaqlar. Görüşün start fiti saat 20:00-da səslənəcək. Qeyd edək ki, I tura oktyabrın 20-də yekun vurulacaq. Azərbaycan Basketbol Liqasında 12 komanda mübarizə aparacaq.