17 oktyabr 2024 17:40
92

Hidayət Heydərov cüdoçuların reytinqində liderliyini qoruyur

Olimpiya çempionu Hidayət Heydərov (73 kq) bütün çəki dərəcələri üzrə cüdoçular arasında reytinqdəki liderliyini qoruyur.

“İki sahil” xəbər verir ki, dünya reytinq sıralamasında 1-ci yerdə qərarlaşan azərbaycanlı idmançının ümumi xalları 9004-dür.

Olimpiadadan sonra Heydərovun göstəricisi 10004 xal idi, lakin zaman keçdikcə reytinq siyahısında bəzi dəyişikliklər baş verib və əvvəlki nəticələrin reytinqdəki çəkisi azalıb.

İkinci sırada digər Olimpiya çempionu Zelim Kotsoev (100 kq) yer alıb. Onun 7762 xalı var.

Üçüncü yerdə isə gürcüstanlı Olimpiya çempionu Tato Qriqalaşvili (81 kq) gəlir - 7335 xal.