18 oktyabr 2024 14:29
102

Elektron siqaret deyib, özünüzü aldatmayın: TƏHLÜKƏLİDİR!

Siqaret çəkmə vərdişindən azad olmaq istəyənlərin bir çox hallarda elektron siqaretlərdən istifadə edir. Xüsusilə də son illərdə elektron siqaret çəkənlər çoxalıb. Bunun səbəblərindən biri də elektron siqaretlərin tütündən daha az mənfi təsirləri olduğuna dair fikirlərin olmasıdır. Doğrudanmı elektron siqaretlər deyildiyi kimi tütündən daha az mənfi təsirə malikdir?

Elmi -Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova “İki sahil”ə müsahibəsində bu fikirləri təkzib edib: “Əslində bu bir marketinq təbliğatıdır. Heç də elektron siqaret və ya vapinglər və ya isidilmiş tütün vasitələri siqareti tərgitmək üçün bir vasitə deyil. Tütün vasitələrinin hər biri zərərlidir. Xüsusən elektron siqaretlərdə həm kəskin ağciyər zədədlənməsinə, həm də xronik ağciyər xəstəliklərinə səbəb olur”.

İradə Axundova  bildirib ki, elektron siqaretlərdə e-mayenin tərkibində nikotin, propilen glikol, qliserin, aromatizatorlar və s. vardır.  Hər biri qanda karbonmonoksid və digər zərəli maddələrin toplanmasına bununla da orqanizmin orqan və sistemlərin funksiyalarının pozulmasına səbəb olur.

Yaqut Ağaşahqızı, "İki sahil"